Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli internet provayder Ramazan ayı münasibətilə kampaniyaya başlayır
“DataPlus” şəbəkə operatoru və internet provayderi müqəddəs Ramazan ayının gəlişi münasibətilə kampaniyaya start verir.
“ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, kampaniyaya əsasən, Ramazan ayı ərzində hər yeni abunəçiyə seçdiyi internet sürətinin iki qatı veriləcək. Bununla yanaşı, öncədən 3 (üç) aylıq abunə haqqını ödəyən hər yeni abunəçiyə 1(bir) ay bonus hədiyyə edilir.
CAHANGİR
05/07/13 Çap et