Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LTE” şəbəkələrinin qlobal abunə bazası sürətlə artır


Tayvanın "Topology Research Institute" (TRI) elmi-tədqiqat institutunun proqnozuna əsasən, bu il "LTE" standartlı yüksəksürətli mobil rabitə xidmətlərindən istifadə edən abunəçilərin sayı sürətlə artmağa davam edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, tədqiqat təşkilatının mütəxəssisi Aris Xsyu hesab edir ki, 2013-cü ildə "LTE" şəbəkələrinin qlobal abunə bazasının həcmi 86% artacaq və 2012-ci ildə 122,08 milyon insan təşkil edəcək.

Bu il Şimali Amerika regionu "LTE"-nin ən böyük bazarı olacaq. Orada sözügedən xidmətlərdən 64,94 milyon insan istifadə edəcək. İkinci yerdə Asiya-Sakit okean regionu (42%), üçüncü yerdə isə Qərbi Avropa (3%) qərarlaşıb.

2015-ci ildə qüvvələr nisbəti dəyişəcək və Asiya "LTE" abunəçilərinin sayına görə lider olacaq. Sözügedən regionda onların sayı 176,38 milyon olacaq və ya "LTE"-nin qlobal abunə bazasının 47%-ni təşkil edəcək. Ekspert əlavə edib ki, Şimali Amerika 45% payla ikinci yerdə qərarlaşacaq.

Emil Hüseynov





05/07/13    Çap et