Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Birliyi spamer və kibercinayətkarlar üçün cəzanı sərtləşdirəcək


Avropa Birliyinin məmurları informasiya sistemlərinə müdaxilə ilə məşğul olan şəxslər üçün cəzanı sərtləşdirməklə bağlı qərar qəbul edib. Belə ki, məlumatlara müdaxilə cəhdi kibercinayətkar iki il müddətinə, nəqliyyat və hökumət kompüter şəbəkələrinə, həmçinin elektrostansiya şəbəkələrinə hücumlara görə beş il müddətinə azadlıqdan məhrum edilə bilər.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, məlumatların ələ keçirilməsi, botnetlərin yaradılması üçün cəzalar sərtləşdirilir. Yeni qaydalara əsasən, botnetlərdən gəlir əldə edən və informasiyanın ələ keçirilməsi üçün hakerləri işə götürən şirkətlər buna görə məsuliyyət daşıyacaqlar.

Avropa Komissiyasının təklifi Strasburqda Avropa parlamenti tərəfindən 541 səslə qəbul edilib, 91 insan əleyhinə səs verib. Danimarka öz cəza sisteminin xeyrinə yeni qaydalardan imtina edib.

Emil Hüseynov





05/07/13    Çap et