Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ağcabədi Telekommunikasiya Qovşağı kotirovka sorğusu elan edib
“Aztelekom” İstehsalat Birliyinin Ağcabədi Telekommunikasiya Qovşağı kotirovka sorğusu elan edib.
“ICTnews” xəbərə xidmətinin məlmatına əsasən, kotirovka sorğusu Ağcabədi rayonunun Ağabəyli kəndinin ərazisində tikilən məcburi köçkünlərin yaşadığı yaşayış massivinin telefonlaşdırılmasını nəzərdə tutur.
Yaşayş tipli massivin telefonlaşdırılması üçün 512 nömrəlik ”MSAN” tipli stansiyanın satınalınması gözlənilir.
Sorğuda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər Ağcabədi Telekommunikasiya Qovşağına müraciət edə bilərlər.
Təkliflət iyulun 18-də saat 16.00-da gəbnul ediləcəklər. Əlavə məlumat üçün 021- 275-32-32; 021-275-52-99 telefon nömrələrinə müraciət etmək olar.
Aynur Vəliyeva
05/07/13 Çap et