Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
5 il ərzində ölkənin bütün telekommunikasiya şəbəkəsi tam elektronlaşdırılıb
Son 5 ildə sabit telefon şəbəkəsi bazarı 1.5 dəfə artaraq 366.0 milyon ABŞ dollarına çatıb. Sabit şəbəkənin ümumi tutumu 18,2 % artırılaraq, 1 779 500 nömrəyə çatdırılıb. Artıq ölkənin bütün yaşayış məntəqələri tam telefonlaşdırılıb və telekommunikasiya şəbəkəsi tam elektronlaşdırılıb.
2012-ci ildə NGN texnologiyasının şəbəkədə tutumu əvvəlki illə müqayisədə 5 % artırılaraq 664 600 nömrəyə çatdırılıb və bu, ümumi telekommunikasiya şəbəkəsinin 37.3%-ni təşkil edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “İllik hesabat”ında dərc olunan məlumata görə, ölkə ərazisinin müəyyən hissəsi dağlıq ərazi olduğundan, ölkədə kənd yerlərinin və ucqar regionların telefonlaşdırılmasında simsiz rabitədən geniş istifadə olunur. CDMA rabitəsi xidmətlərinin əhatə dairəsi respublika əhalisinin təxminən 80%-ə qədərinin yaşadığı ərazini əhatə edir və abunəçilərin sayı 40 000-ə yaxındır.
Son 5 ildə ölkə üzrə əhalinin hər 100 nəfərinə düşən əsas telefon aparatlarının sayı 15.1-dən 18.6 ədədə yüksəlib. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 2008-ci ildəki 63-dən 68.6 ədədə yüksəlib.
Həqiqət İSABALAYEVA
06/07/13 Çap et