Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MilliÖN” ödəmə sistemi kredit ödənişi prosesini asanlaşdırır



 “Bank Standard” MilliÖN ödəmə sisteminə qoşulub. “ICTnews” elektron xəbər xidmətinin “million.az” saytına istinadən verdiyi məlumata görə,  bu ödəmə sistemilə əməkdaşlıq sayəsində “Bank Standard” öz müştərilərinə kredit ödəmələrini hazırda sayı 1200-ə çatan MilliÖN terminal şəbəkəsilə həyata keçirmək imkanı yaradır.

Krediti ödəmə terminalı vasitəsilə həyata keçirmək üçün “Bank xidmətləri” bəndini seçərək “Bank Standard” işarəsini basmaq lazımdır. Bankın müştəriləri İD-nömrələrini (müştəri kodu), doğum tarixlərini qeyd edib lazımi məbləği ödədikdən sonra qəbzi götürə bilərlər. Pul köçürmələri real zaman rejimində həyata keçirilir. Ödənişlər üçün əlavə məbləğ tutulmur.

Xatırladaq ki, 3500-dən artıq məntəqədən ibarət MilliÖN ödəmə şəbəkəsi Azərbaycanın bütün regionlarını əhatə edir. Hazırda 55-dən artıq xidmət sahəsi MilliÖN ödəmə sistemi vasitəsilə müştərilərə xidmət göstərir. Buraya bütün mobil operatorlar, kabel televiziyaları, internet provayderlər, kommunal xidmətlər və aparıcı banklar daxildir.

CAHANGİR




06/07/13    Çap et