Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Günəş batareyaları ilə təchiz edilmiş təyyarə ABŞ üzərindən uçuş həyata keçirib
“Röyters” agentliyinin yaydığı məlumata əsasən, İsveçrə mütəxəssisləri tərəfindən qurulmuş və günəş batareyaları ilə təchiz edilmiş “Solar Impulse” təyyarəsi iyulun 6-da ABŞ-ın kontinental hissəsi üzərindən uçuşu başa vurub.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sözügedən təyyarə Con Kennedi adına hava limanında planlaşdırılmış müddətdən üç saat əvvəl yerə enib.
ABŞ-ın kontinental hissəsi üzərindən uçuş mayın 3-də başlanıb. Ümumilikdə təyyarə beş min kilometrdən (km) çox məsafə qət edib. Missiya zamanı ən uzunmüddətli birbaşa uçuş mayın 22-də, təyyarə Feniks və Dallas arasında 1500 km-dən çox məsafə qət etdikdə olub.
“Solar Impulse” qanadlarının kənar nöqtələri arasındakı məsafə 63,4 metr və çəkisi 1588 kiloqram olan planerdir. O, litium akkumulyatorları ilə “qidalanan” ümumi gücü 7 kilovat olan dörd elektrik motoru vasitəsilə hərəkətə gətirilir.
Emil Hüseynov
08/07/13 Çap et