Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti planşet istehsal edəcək?!



"MyNokiaBlog" resursu anonim mənbələrə istinadən bildirib ki, "Nokia" şirkəti böyüdülmüş ekranlarla təchiz edilmiş yeni smartfon xəttini, həmçinin 10.5 və 8.5 düym diaqonallı ekranlarla təchiz edilmiş planşetlər təqdim etməyə hazırlaşır.

Sadalanan qurğular, ehtimal ki, "Nokia Zoom" ticarət markası altında bazara çıxarılacaq və iyulun 11-də keçiriləcək tədbirdə təqdim ediləcək.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, planşetlərin alüminium korpuslarla təchiz ediləcəyi və yaşıl, qara, çəhrayı, göy, sarı və ağ rənglərdə istehsal ediləcəyi gözlənilir. Bundan başqa, onların 41 meqapiksellik kameralarla təchiz ediləcəyi təxmin edilir.

Emil Hüseynov




08/07/13    Çap et