Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti qlobal “NAND flash” bazarında liderliyini qoruyub saxlayır


"Samsung Electronics" smartfon və başqa mobil qurğularda istifadə edilən qlobal "NAND flash" yaddaş mikrosxemləri bazarında liderliyini qoruyub saxlamağa davam edir. Ekspertlər hesab edirlər ki, Cənubi Koreya nəhənginin tətbiq etdiyi qabaqcıl texnologiyalar buna imkan yaradır.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "iSuppli" analitik şirkətinin məlumatlarına əsasən, 2013-cü ilin birinci rübündə fləş-yaddaş çiplərinin satış həcmi "Samsung" şirkətinə 2,03 milyard ABŞ dolları qazandırıb.

"Toshiba" şirkəti sözügedən göstərici üzrə ikinci yerdə qərarlaşıb. Bu ilin yanvar-mart aylarında yapon şirkəti "NAND flash" seqmentindən 1,71 milyard ABŞ dolları qazanıb və onun bazar payı 32,4% təşkil edib. Sonrakı pillələrdə Amerikanın "Micron Technology" və Cənubi Koreyanın "SK Hynix" şirkətləri yer alıb.

Emil Hüseynov
 




08/07/13    Çap et