Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG Optimus G2” smartfonu avqustun 7-də təqdim ediləcək


"LG Optimus G2" smartfonu avqustun 7-də Nyu-Yorkda təqdim ediləcək. Xatırladaq ki, sözügedən model "LG Optimus G Pro"-ni əvəz edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, smartfon "Qualcomm Snapdragon 800" çipi ilə təchiz ediləcək. Bundan başqa, model 5,2 düymlük IPS ekranla təchiz ediləcək və "Full HD" təsvir ölçüsünə malik olacaq, həmçinin 13 MP optik sabitləşməyə malik kamera, 3 QB əməli yaddaşa sahiblənəcək və "Android 4.2.2" mobil əməliyyat sistemi ilə işləyəcək.

Emil Hüseynov




08/07/13    Çap et