Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” və “Samsung”un top-menecerləri təyyarə qəzasına uğrayıblar



Bazar günü San-Fransisko hava limanında "Boeing 777" təyyarəsi qəzaya uğrayıb. Maraqlıdır ki, 777-ci seriyasına məxsus təyyarə üçün ilk belə hadisədir.

Hava limanından verilən məlumata əsasən, "Asiana Airlines" şirkətinin təyyarəsi yerə enməyə hazırlaşarkən pilotlar təyyarənin gövdəsini səhv nizamlayıblar və nəticədə təyyarənin quyruğu çox aşağı, burnu isə çox yuxarı qalxıb və yerə enmə zamanı təyyarənin quyruğu  uçuş-enmə zolağına dəyərək yerindən qopub, bundan sonra isə təyyarə alışmağa başlayıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 9 saatlıq reysdə Seuldan San-Fransiskoya 307 insan uçurmuş və onların ikisi qəza nəticəsində dünyasını dəyişib, 181 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, "Boeing 777" təyyarəsinin göyərtəsində "Samsung Electronics" şirkətinin vitse-prezidenti Devid Yun da olub. O, salonun ön hissəsində oturub və bunun sayəsində xilas ola bilib. O, "Twitter" mikrobloqunda yazıb ki, hər şey qaydasındadır, lakin baş vermiş qəzanı inanılmaz adlandırıb. Qeyd edək ki, bazar günü "Samsung"un vitse-prezidentinin bloqu çox populyarlaşıb və xəbər isə bir neçə saat 30000 dəfə retvit olunub.

Yun öz bloqunda deyib ki, o, təyyarədən çox istifadə edir, lakin belə hadisə ilə ilk dəfədir rastlaşır.

Emil Hüseynov

 
 
 




08/07/13    Çap et