Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çin və ABŞ kibertəhlükəsizlik məsələlərinin tənzimlənməsi üçün bir araya gəlib
ABŞ və Çin kibertəhlükəsizliklə bağlı mübahisələrin tənzimlənməsi ilə məşğul olacaq xüsusi komitə çərçivəsində birinci müşavirənin işini açıq elan ediblər. Problem artıq iki ölkə arasında münasibətlərdə ciddi qıcıqlandırıcı amilə çevrilib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, dünən Vaşinqtonda hər iki ölkəni təmsil edən işçi qrup üzvlərinin birinci müşavirəsi baş tutub. Onlar problemin həllində müəyyən irəliləyişə nail olmağa ümid edirlər, çünki Amerikanın paytaxtında hər iki ölkənin nümayəndələri arasında çərşənbə və cümə axşamına planlaşdırılmış yüksək səviyyədə ticarət-iqtisadi danışıqlar başlayacaq.
Aprel ayında Vaşinqton və Pekin kibertəhlükəsizlik məsələləri üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.
Bazar ertəsi Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib ki, müşavirənin qarşısına eyni anda bir neçə məqsəd qoyulub. Obama administrasiyası Çini irihəcmli proqramın təşkilində ittiham edib. Bildirilib ki, sözügedən proqram çərçivəsində hakerlər iqtisadi mənfəət naminə Amerikanın dövlət idarələri və şirkətlərin sirlərini oğurlayırlar.
Çin isə öz növbəsində bildirir ki, o, ABŞ və başqa ölkələr tərəfindən həyata keçirilən kiberhücumların “qurban”ıdır. Çinin rəsmi nümayəndələri Snoudenin KİV-ə təqdim etdiyi informasiyanı dəlil kimi göstəriblər.
Emil Hüseynov
09/07/13 Çap et