Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS” və “Android” platformaları arasında rəqabət kəskinləşir


"Kantar Worldpanel"in tədqiqat məlumatına əsasən, 2013-cü ilin mayında başa çatmış üçaylıq müddətin yekununa görə Amerikanın smartfon bazarında "iOS" platformasının payı 3,5% artıb.

Beləliklə, "Apple"-ın əməliyyat sistemi (41.9%) lider "Android" platforması (52%) ilə arasındakı fərqi bir qədər azaltmağa müvəffəq olub. 4.6%-lik göstəriciyə malik "Windows Phone" üçüncüdür. Onun bazar payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9% artıb.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlər ABŞ-da "iPhone" smartfonunun yüksəlişini yerli "T-Mobile" operatorunda onların satışlarına başlanması ilə izah edirlər. Şirkətin məlumatına görə, o, bir ay ərzində təxminən 500 min "iPhone 5" satmağa müvəffəq olub.

Emil Hüseynov
 




09/07/13    Çap et