Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SMPDK-nın daha 7 xidməti “Elektron hökumət” portalı vasitəsilə istifadəyə verilib



 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) daha 7 xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portal vasitəsilə vətəndaşların istifadəsinə təqdim edilən yeni xidmətlərə “Cərimələrin internet vasitəsilə ödənilməsi”, “İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” və “Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətləri daxildir.

Cərimələrin internet vasitəsilə ödənilməsi xidməti Azərbaycan Respublikasında qanunvericiliyin tələblərini pozmuş təsərrüfat subyektlərinə qarşı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tətbiq edilmiş cərimələrin internet vasitəsilə ödənişini əhatə edir.

İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciətin və sənədlərin qəbulu xidməti Azərbaycan Respublikasında ixtira, faydalı model və sənaye nümunələrinin qeydiyyatı və patentin verilməsi üçün müraciətin və sənədlərin elektron qaydada qəbulunu nəzərdə tutur.

İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlərin qəbulu xidməti vasitəsilə Azərbaycan Respublikasında ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlərin elektron şəkildə qəbulu həyata keçirilir.

Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu xidmətinə ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın verilməsi üçün müraciətin və sənədlərin elektron qaydada qəbulu daxildir.

Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu xidməti Azərbaycan Respublikasında ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnun verilməsinə dair lisenziya müqavilələrinin və əmtəə nişanı ilə bağlı lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin elektron şəkildə qəbulunu əhatə edir.

Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu xidməti Azərbaycan Respublikasında əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin elektron şəkildə qəbulunu nəzərdə tutur.

Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu xidməti Azərbaycan Respublikasında əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin elektron qaydada qəbulunu əhatə edir.
 
CAHANGİR




09/07/13    Çap et