“İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” IV Beynəlxalq konfransı keçiriləcək
10-12 iyul tarixlərində Bolqarıstanın Borovets şəhərində
"İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri" (Control and Optimization with Industrial Applications – COIA 2013) IV Beynəlxalq konfransı keçiriləcək.
AR Rabitə və informasiya texnologiyaları naziri, akademik
Əli Abbasov, Bakı Dövlət Universitetinin
Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik
Fikrət Əliyev, Türkiyənin Bilkənt Universitetinin professoru
Hitay Özbay, Memarlıq, İnşaat və Geodeziya Universitetindən (Bolqarıstan)
Mixail Konstantinov, Sofiya Texniki Universitetindən
Petko Petkov tərəfindən təşkil olunan tədbirdə AMEA, BDU, Azərbaycan Dövlət Neft Akademiyası və digər elm və təhsil qurumlarını təmsil edən 11 azərbaycanlı alim iştirak edəcək.
Tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətəbiqi məsələləri geniş müzakirə ediləcək.
İlk dəfə 2005-ci ildə Bakıda keçirilmiş bu tədbir müvafiq sahənin mütəxəssisləri arasında böyük elmi nüfuza malikdir.