Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype”-ın aylıq auditoriyası 300 milyonu ötüb


"Skype" internet telefoniya xidmətinin aylıq istifadəçilərinin sayı 300 milyonu ötüb. Bu barədə "Windows" bölməsinin maliyyə və marketinq direktoru Tami Reller "Microsoft Worldwide Partner Conference 2013" (WPC-2013) konfransında deyib.

"ICTnews.az" elektron xəbər xidməti "comnews.ru" saytına istinadən bildirir ki, "WPC-2013"-ün açılışı çərçivəsində Reller "Microsoft"un əsas məhsul və xidmətlərinin inkişafından söz açıb. O xatırladıb ki, "Windows 8" platforması üçün satılmış lisenziyaların sayı 100 milyonu ötüb və qeyd edib ki, satışların həcmi davamlı templə artır.

Emil Hüseynov




09/07/13    Çap et