Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” platformasının ən populyar versiyası bəlli olub
“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin müxtəlif versiyalarından istifadəyə dair statistikanı paylaşmağa davam edir.
İyun ayı üzrə nəzərəçarpacaq hadisə o olub ki, “Jelly Bean” versiyası ilk dəfə olaraq populyarlığa görə “Android 2.3 Gingerbread” platformasını ötməyə müvəffəq olub. ƏS-nin digər versiyaları paylarını itirməyə davam edirlər.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, statistikaya əsasən, mobil qurğuların 37.9%-i “Jelly Bean” versiyası əsasında işləyir. Bir ay ərzində “Android 4.2”-nin payı 1.6% artaraq 5,6% olub. “Android 4.1”-in payı 3,3% artaraq 32,3% olub.
“Gingerbread” versiyasının aktivində bazarın 34,1%-i var. Bu da ötən ayla müqayisədə 2.4% azdır. “Android 2.2”-nin payı dəyişməz (3,1%) qalıb.
Emil Hüseynov
09/07/13 Çap et