Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Haker hücumlarının əsas mənbəyi məlum olub


Şəbəkə təhlükəsizliyi üzrə beynəlxalq mütəxəssislər qrupunun gəldiyi nəticəyə əsasən, hazırda haker hücumlarının əksəriyyəti Çin deyil, Hindistandan həyata keçirilir. Qeyd edilib ki, kibercinayətkarlar məhz  Hindistan ərazisindən müxtəlif saytlara "DDoS" hücumlar həyata keçirir, zərərli proqram təminatı, spamı yayır və s.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, eyni zamanda bu o demək deyil ki, Hindistan "hakerlərin paytaxtıdır". Bir qayda olaraq, kibercinayətkarlar viruslar vasitəsilə internet istifadəçilərinin kompüterlərini bot şəbəkəyə birləşdirir və onları idarə edirlər. Hazırda belə kompüterlər Hindistanda çoxluq təşkil edir.

Emil Hüseynov




09/07/13    Çap et