Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TQDK mobil rabitə operatorlarından ödəmə kartı əldə edib nömrəsini və şifri unudanlara müraciət edib



"Azercell", "Bakcell" və ya "Nar Mobile" mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən "Elektron ərizə vermək üçün ödəmə kartı" və ya "Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı" əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə,  "Elektron ərizə vermək üçün odəmə kartı"nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, "Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı"nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır.

Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.

Qeyd edək ki, xidmət haqqı 0,10 AZN təşkil edir.

CAHANGİR




09/07/13    Çap et