Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatının və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncədə "Regionlarda informasiya-kommunikasiya texnologiyalarına (İKT) marağın yüksəldilməsi" mövzusunda təlimlərə başlanılıb.
Gənclərdə İKT-yə maraq oyatmaq, onlara qloballaşan dünyada inkişaf edən innovasiyaları çatdırmaq, əldə edilən biliklər əsasında cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq məqsədi ilə həyata keçirilən tədbir 3 gün davam edəcək. Bu müddətdə eyni zamanda, onlayn alış-veriş sistemləri haqqında məlumat toplanması, sosial şəbəkələrdən düzgün istifadə qaydaları barədə maarifləndirici seminarlar da keçiriləcək.
Sonda təlimlərdə fəallıq göstərən iştirakçılara diplomlar təqdim olunacaq.