Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

London meri smartfon istehsalçılarından kömək istəyib


Londonun meri Boris Conson “Apple”, “Samsung” və “Google” şirkətləri daxil olmaqla ən böyük smartfon istehsalçılarına məktub yazaraq onlardan mobil qurğuların oğurluq halları ilə mübarizədə kömək istəyib. Conson istəyir ki, oğurlanmış mobil qurğuları aşkar etmək proseduru daha sadə olsun.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, onun sözlərinə görə, son ildə Londonun küçələrində smartfonların oğurlanması halları və bununla bağlı polisə müraciətlərin sayı 12% artıb. London polisi hər ay qurğuların oğurlanması halları ilə bağlı təxminən 10000 bəyanat araşdırır.

Conson aparıcı istehsalçılar, həmçinin “BlackBerry”, “Microsoft”, “Nokia” və “Sony” şirkətlərinə yazdığı məktubda telefon oğrularından qoruyan təhlükəsizlik funksiyalarına daha çox diqqət göstərməyi xahiş edir. "Bizə oğurluq problemini nəzərə alaraq smartfon və xidmətlər tədarük edən şirkət və istehsalçılar lazımdır" – məktubda deyilib.

Şirkətlər hələ ki məktuba heç bir münasibət bildirməyiblər.

Emil Hüseynov




10/07/13    Çap et