Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternet amerikalılar üçün ikinci xəbər mənbəyidir
ABŞ-da keçirilmiş “Gallup” sorğusuna əsasən, amerikalıların 50%-dən çoxu dünya və ölkə ərazisində baş verənləri televiziyadan əldə edirlər. İnternet-KİV və sosial şəbəkələr populyarlığına görə ikinci olub.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, rəyi soruşulanların təxminən 55%-i deyib ki, onlar televiziyaya xəbərlərə görə baxırlar. Respondentlərin 8%-i öz səsini “Fox”, 7%-i isə “CNN” kanalına verib.
İnternetə üstünlük verənlərin (21%) 18%-i hansı onlayn-medianı oxuduqlarını dəqiqləşdirməyiblər. 2% vurğulayıb ki, onlar sosial şəbəkələrə xəbərlərə görə müraciət edir. Rəyi soruşulanların 9%-i əsas informasiya mənbəyi kimi qəzeti göstərib.
Respondentlərin 6%-i deyib ki, xəbərlərə radiodan qulaq asırlar. Yalnız 2% deyib ki, dost və tanışlar tərəfindən verilən informasiyaya etibar edirlər.
Emil Hüseynov
10/07/13 Çap et