Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda istifadəçilər “IPv6” internet ünvanlarına keçməyə hazır deyil?



 
Azərbaycanda "IPv4" protokolundan "IPv6" internet protokoluna keçidə son istifadəçilər hazır deyillər.
"Delta Telekom" şirkətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, ölkədə "IPv6" infrastrukturu 2011-ci ildən etibarən tamamilə hazırdır, lakin son istifadəçilər və internet provayderlər yeni protokola keçid üçün hazır deyillər.

Hazırda Azərbaycanda "IPv4" protokolu əsasında işləyən İP ünvanların ehtiyatları,  demək olar ki, tükənib və bu protokol üzərində işləyən internet provayderlərin İP ünvanlarının sayı istehlakçı tələbindən aşаğıdı. Bundan başqa, provayderlər tərəfindən müştərilərin internetə qoşulmasını təmin etmək üçün istifadə etdiyi avadanlıqlar müasir tələblərə cavab vermir və son istifadəçilərin də istifadə etdiyi qurğular bu protokolu dəstəkləmirlər. Bütün bunlar bu istiqamətdə aparıla biləcək işləri ləngidir.

Vəziyyətdən çıxış yolu kimi mütəxəssislər, vendorlar tərəfindən mövcud avadanlığın yeni protokolu dəstəkləməsini təmin edən    proqram təminatlarının hazırlanmasında və son istifadəçilərin müasir avadanlıqlara keçməkdə görürlər.

"Ipv6" protokoluna keçid məsələsi təkcə Azərbaycanda deyil, bütün dünyada aktual problemdir, çünki bu proses texnoloji inkişafın dünya tendensiyaları ilə sinxron həyata keçirilməlidir. Bu məsələnin vacib aspektlərindən biri böyük həcmli və populyar sosial şəbəkələrin və axtarış sistemlərinin yeni protokola keçirilməsi və provayderlə yanaşı, son istifadəçilərin, kontent sahiblərinin və yaradıcılarının aktiv şəkildə bu protokolu dəstəkləyən kontentin yaradılmaslnda iştirak etməkdir və yeni protokolun mobil qurğularını dəstəkləməsidir.
 
Aynur Vəliyeva
 




10/07/13    Çap et