Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ xüsusi xidmət orqanlarının internet izləməsi ilə bağlı daha bir iddia
Bu gün Avstraliyanın "Sidney Herald Morninq" qəzeti yazıb ki, ABŞ-ın xüsusi xidmət orqanları Avstraliyada yerləşən güclü server avadanlığı ilə təchiz edilmiş dörd obyekt vasitəsilə məlumatın toplanılması ilə məşğuldur.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin məlumatına görə, sözügedən obyektlər Alisa-Sprinqs, Darvin, Ceraldton, həmçinin Kanberranın şəhərətrafı qəsəbəsində yerləşir.
Son zamanlar müqavilə ilə Milli Təhlükəsizlik Agentliyində işləyən və elektron kəşfiyyatla məşğul olan 30 yaşlı Edvard Snouden MKİ-nin keçmiş əməkdaşıdır. O, ABŞ-dan qaçaraq sözügedən qurum tərəfindən həyata keçirilən məxfi casus proqramlarını ifşa edib. Onun məlumatları böyük qalmaqala səbəb olub. Snouden ABŞ-dan Honkonqa, oradan isə ona siyasi sığınacaq verəcək dövlətdə yaşamaq üçün Moskvaya uçub.
Emil Hüseynov
10/07/13 Çap et