Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən dəqiq saatı hazırlanıb



Paris rəsədxanasında Jerom Lodevikin rəhbərliyi altında işləyən alimlər qrupu rekord dəqiqliyə malik atom saatının hazırlanması haqqında məlumat veriblər: 300 milyon il ərzində ləngimə 1 saniyə təşkil edəcək. Bu, mikrodalğalardan istifadə edən ənənəvi modellərin göstəricilərini xeyli  üstələyir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, atom saatı telekommunikasiya, maliyyə sənayesi və naviqasiyada mühüm rol oynayır.
Emil Hüseynov

 




11/07/13    Çap et