Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron xidmət növlərinin siyahısında dəyişiklik edilib



Azərbaycan Nazirlər Kabineti (NK) 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

“ICTnews” elektron xəbər xidmətinin NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda göstərilir ki, “Elektron xidmət növlərinin Siyahısı”nın 27.2-ci və 27.4-cü bəndlərində “Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materialları”nın sözləri “Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialları”nın sözləri ilə əvəz edilsin.

Qeyd edək ki, dəyişiklik Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən elektron xidmət növlərini əhatə edir.

CAHANGİR




11/07/13    Çap et