Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Son 11 ildə belə bir hadisə olmayıb
"IHS" analitik agentliyinin məlumatına əsasən, 2013-cü ilin ikinci rübündə mobil fərdi kompüter bazarında son 11 il ərzində ən aşağı məhsuldarlıq qeydə alınıb.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2013-cü ilin aprel-iyun ayları ərzində noutbukların qlobal tədarük həcmi bu ilin birinci rübü ilə müqayisədə 6,9% azalıb. Bundan əvvəl müvafiq dövrdə azalma 2002-ci ildə qeydə alınıb.
Ekspertlər qeyd ediblər ki, noutbukların tədarük həcminin azalması ikinci rüb üçün qeyri-tipik haldır. Əksinə, adətən bu dövrdə mobil FK seqmentində ilin əvvəlində qeydə alınmış ənənəvi azalmadan sonra bərpa müşahidə olunur. 2002-ci il istisna olmaqla, 10 il ərzində belə olub: aprel-iyun ayları ərzində tədarüklərin rüblük artımı 0,5%-6,5% arasında dəyişilib.
Emil Hüseynov
11/07/13 Çap et