Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Tanınma-2013” beynəlxalq elmi-texniki konfransı sentyabrda keçiriləcək
Bu ilin 17-20 sentyabr tarixlərində Rusiya Federasiyasının (RF) Kursk şəhərində "Surətlərin tanınması, təsvir və simvol informasiyasının emalı sistemlərində optik-elektron cihaz və qurğular" ("Tanınma-2013") adlı XI Beynəlxalq elmi-texniki konfrans keçiriləcək.
"ICTnews" elektron xəbər xidmətinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna istinadən verdiyi məlumata görə, tədbir RF Təhsil və Elm Nazirliyi, Rusiya Elmlər Akademiyası layihələndirmədə informasiya texnologiyaları Mərkəzi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Sum Dövlət Universiteti (Ukrayna), Tomsk Dövlət Milli Tədqiqatlar Universiteti və Cənub-Qərbi Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutacaq.
"Tanınma-2013" konfransı onun təşkilatçısı və elmi rəhbəri olan RF-nın Əməkdar elm xadimi texnika üzrə elmlər doktoru, professor Titov Vitaliy Semyonoviçin 70 illik yubileyinə həsr olunub.
Konfransın əsas istiqamətləri təsvirlərin emalı, analizi və tanınmasının riyazi nəzəriyyəsi; avtomatik (texniki) görmə sistemlərinin layihələndirilməsi və hesablanmasının əsasları; ixtisaslaşdırılmış hesablama vasitələri, paralel və paylanmış hesablamalar; avtomatlaşdırma və optik-elektron sistemlərin, o cümlədən avtomatik (texniki) görmə sistemlərinin tətbiqi vasitəsilə istehsal proseslərinin idarə olunması və digər mövzulardır.
CAHANGİR
11/07/13 Çap et