Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet istifadəçilərinin 62%-i leqal kontenti qeyri-leqal kontentdən seçə bilmirlər



Bu ilin iyun ayında İctimai fikir fondu tərəfindən keçirilmiş ümumrusiya sorğusunun nəticələrinə əsasən, internet istifadəçilərinin 62%-i leqal kontenti qeyri-leqal kontentdən seçə bilmirlər.

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, leqal kontent üçün pul ödəməyə hazır olanlar arasında belə istifadəçilərin sayı 57% təşkil edir.

Sorğu iştirakçılarının 40%-i hələ də qlobal şəbəkədə leqal kontentdən istifadə etmək üçün  pul ödəməyə hazır deyillər. Bu gün leqal kontent üçün internet istifadəçilərinin 25%-i hazırdır, qalan 36% isə bu suala cavab verməkdə çətinlik çəkirlər.

Pullu leqal kontentdən istifadə etmək istəyənlər əsasən bunun səbəbini yüksək keyfiyyətdə və etibarlılıqda, 17% isə təhlükəsizlikdə görürlər. Öz növbəsində leqal kontentə pul xərcləmək istəməyənlər (35%) bunu vəsaitlərin çatışmazlığı ilə əsaslandırırlar və ya onlar (18%) hesab edirlər ki, “pulsuz əldə etmək imkanı olduğu zaman belə pul ödəməyə ehtiyac yoxdur”.

Maraqlısı odur ki, artıq bu gün internet istifadəçiləri daha çox kontenti yükləmək əvəzinə, video və ya audioya onlayn rejimdə birbaşa saytda baxmağa üstünlük verirlər. İctimai fikir fondunun məlumatlarına əsasən, son bir ay ərzində videoya sorğu iştirakçılarının 46%-i internetdə baxıb, 27% isə onu yükləyib.

Aynur Vəliyeva




11/07/13    Çap et