Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPhone” istehsalı azala bilər
“Wedge Partners” şirkətinin analitikləri bildiriblər ki, “Apple” şirkəti iyun ayından dekabr ayınadək təchizatçıları detal sifarişlərinin 20% azalması haqda xəbərdar edə bilər. Məlumat doğru olduğu təqdirdə yuxarı sinfə aid olan smartfonlar üçün bazarda daha mürəkkəb şərtlər bərqərar olacaq.
Qeyd edək ki, bu günlərdə “Samsung” və “HTC”-nin səhmlərinin qiyməti, ilkin qiymətləndirmələrə görə kəskin azalmağa başlayıb.
"Şirkətlər öz proqnozlarına əhəmiyyətli dəyişikliklər edib. Bu haqda öz təchizatçılarına bildirməlidirlər. Bu məlumatı biz Çində və Tayvanda olan təchizatçılardan öyrənmişik” - deyə “CNBC”-nin analitiki Brayan Bler bildirib.
Blerin sözlərinə əsasən, tələbata uyğun olaraq “Apple” iPhone üçün 115-120 milyon sifariş edib. Ehtimal edilir ki, tələbat 90-100 milyon qurğu təşkil edəcək. “Apple” şirkəti “Samsung Galaxy S4”-də olan tələbatın zəifləməsini nəzərə almalıdır. Bazarda yüksək sinif smartfonlara olan tələbat azalır. Zənnimcə, “Apple” buna reaksiya verir", - deyə Bler bəyan edib.
Aynur Vəliyeva
12/07/13 Çap et