Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstanbulda elektron ticarət və ödənişlərlə bağlı yeni həll yolları müzakirə ediləcək



Cari ilin 3-4 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində Elektron ticarət və ödənişlər sərgisi (“e.Commerce and Payments World” ) keçiriləcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

Sərgidə azərbaycanlı sahibkarlar və bu sahə ilə maraqlanan şəxslər də iştirak edə bilərlər. Elektron ticarət və ödənişlər sahəsində dünyanın ən qabaqcıl texnologiyalarını və innovativ həlləri təqdim edəcək sərgi əsas 3 istiqaməti özündə birləşdirir.

Bu məqsədlər brauzerlərdə müştərilərə daha rahat interfeys və yoxlamanın yüngül prosesini konversiya etmək, onlayn pərakəndə əməliyyatlarında etibarlılıq və təhlükəsizliyin təminatını artırmaq, eyni zamanda xüsusi pərakəndəyə baxış və innovasiya proseslərinin ödənişi təcrübəsini çatdırmaqdır.

1000-dən çox iştirakçının 50-dən artıq eksponentin qatılacağı tədbirdə 4 konfransın təşkili nəzərdə tutulur. “e.Commerce and Payments World” çərçivəsində keçirilən konfranslarda innovasiya məhsulu portfeli, yeni ödəmə infrastrukturu, “NFC” ekosistemi, “NFC” və yeni dalğa xidmətləri diqqət mərkəzində olacaq. Bundan başqa, konfranslarda əsas müzakirə olunacaq mövzular sırasında ticarətin internetə-virtual məkana yerdəyişməsi, rəqəmli bazar, mobil imzadan istifadə, eyni zamanda mobil biznes modelinin genişləndirilməsi də yer alıb.

Elektron ticarət üçün yeni era sayılan sərginin ziyarətçiləri ən inqilabi yeniliklərə söykənən kartlara praktik baxış imkanı da qazanacaqlar.
 
Həqiqət İSABALAYEVA




12/07/13    Çap et