Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda turizm sahəsində elektron ticarətin tətbiqi genişləndirilir
“AzəriCard” prosessinq mərkəzi “SW Travel” şirkəti ilə əməkdaşlığını davam etdirir. “ICTnews” elektron xəbər xidmətinin prosessinq mərkəzinə istinadən verdiyi məlumata görə, artıq “SW Travel” şirkəti tərəfindən təqdim olunan istənilən turizm xidmətlərini “www.swtravel.az” saytında plastik kartlar vasitəsilə onlayn rejimində ödəmək olar.
Nağdsız ödəməni keçirmək üçün xidmətlərin bütün detallarını şirkətin işçiləri ilə müzakirə edib, sifarişin nömrəsini və qiymətini əldə etmək lazımdır. Bundan sonra “www.swtravel.az” saytında həmin detalları daxil edərək, “Visa”, “Visa Electron”, “MasterCard” və “Maestro” elektron bank kartları vasitəsilə ödənişi həyata keçirmək mümkündür.
Qeyd edək ki, elektron bank kartlarının məlumatlarının təhlükəsizliyi “3D Secure” sistemi tərəfindən təmin olunur.
CAHANGİR
12/07/13 Çap et