Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Aztelekom” İB-də ingilis dili və kompüter proqramlarının ən asan yolla öyrənilməsi ilə bağlı görüş keçirilib
"Aztelekom" İB-də ingilis dili və kompüter proqramlarının ən asan yolla öyrənilməsi yollarını işləyib hazırlayan "VES Group training Production"ın nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı birliyin baş direktoru Məhəmməd Məmmədov çıxış edərək bildirib ki, müasir dünyanın ən böyük tələblərindən olan ingilis dili və informasiya texnologiyalarını bilmədən hər hansı bir uğura nail olmaq mümkün deyil. "İndiki zamanı bunlarsız təsəvvür eləmək belə çətindir: Odur ki, gənclik maksimum dərəcədə çalışmalıdır ki, bu məsələlərdə maksimum biliklərə yiyələnsinlər ki, ölkəmiz üçün daha layiqli işlər görsünlər".
Sonra şirkətin nümayəndəsi Emin Quliyev yaratdıqları və istehsal etdikləri vəsaitlərlə iştirakçıları tanış edib: "Əsas məhsulları olan "Total English" və "Microsoft Windows" əməliyyat sistemlərinin diskləri nümayiş olunub".
12/07/13 Çap et