Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət”in inkişafı ilə bağlı müzakirələr aparılır


 Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şura "2013-2014-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" layihəsinin ictimai müzakirəsini keçirir.
 
Tədbirdə "2013-2014-cü illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" layihəsinin təqdimatı da keçirilir.
 
Bundan başqa, dövlət proqramında elektron hökumətin inkişafına dair tədbirlər haqqında və dövlət proqramı layihəsinə ictimai baxış mövzularında müzakirələr də təşkil olunacaq. Müzakirələrdə dövlət qurumları, vətəndaş cəmiyyəti, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.





12/07/13    Çap et