“Mən Azərbaycanlıyam” “online” bilik yarışmasının növbəti ongünlüyünün qalibləri bəlli oldu
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş və "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən elan edilən "Mən Azərbaycanlıyam" "online" bilik yarışmasında 4-cü ongünlüyün qalibləri müəyyənləşdirilib. Bunlar Rəşadət Əliyev, Zakir Əlizadə, Rəşad Abdiyev, Faiq Həbibov, Səbuhi Abışov, Kamal Quliyev, Firdovsi Tahirov, Rafiq Şirinov, Nigar Oruczadə və Leyla Əliyevadır.
Yarışın şərtlərinə uyğun olaraq ongünlüyün qalibləri netbuk tipli kompüterə, ilk 100-lüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara – "Nar Mobile" və "Bakcell" şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olublar.
İyul ayından etibarən ay ərzində qalib gəlmiş iştirakçıların (ongünlüklərin qalibləri) mükafatları növbəti ayın əvvəlində təşkil ediləcək tədbirdə təqdim ediləcəkdir.
12.07.2013-ci il tarixinə olan statistikaya görə, ümumilikdə 16512 iştirakçı qeydiyyatdan keçib. Onların 64% kişi, 36%-i isə qadın istifadəçilərdir.
Xatırladaq ki, yarışma dekabr ayının 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırma mərasimi, dekabrın ilk həftəsi isə superfinal keçiriləcək.
Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. Yarışma-oyunun rəsmi saytı (
www.azerbaycanliyam.az) və "Facebook"dakı səhifəsi (
https://apps.facebook.com/azerbaycanliyam/?fb_source=search&ref=ts&fref=ts) vasitəsilə qoşulmaq mümkündür.