Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

275 min ədəd ağıllı "Pebble" saatları satılıb



"Pebble Technology" şirkətindən verilmiş məlumata əsasən, sifariş edilmiş "Pebble" ağıllı saatlarının ümumi sayı 275 min qurğu olub. Cümə axşamı 93 min cihaz tədarük edilib.

"Bloomberg" nəşri qeyd edib ki, "Pebble" əsl "qəhrəmanlıq" göstərib: ötən ilin mayında onlar ideyalarının reallaşdırılması üçün 100 min dollar axtarırdılar, nəticədə 10,2 milyon dollar toplaya bildilər. Bu il isə hansısa investor bu perspektiv layihəyə daha 15 milyon dollar yatırmağa razılaşıb.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by" saytına istinadən bildirir ki, "Pebble" "ağıllı" saatları daxil olmuş zənglər, SMS və sosial şəbəkələrdəki mesajlar haqqında məlumatların göstərilməsi üçün nəzərdə tutulub. Qurğu "iPhone 3GS", "4", "4S", "iOS 5" platforması ilə işləyən "iPod Touch" pleyerləri və "Android" smartfonlarla uyğundur.

Emil Hüseynov




13/07/13    Çap et