Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xilasedicilərə kömək etmək üçün robot hazırlanıb



ABŞ Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (DARPA) "Boston Dynamics" şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış ikimetrlik robot təqdim edib. İstehsalçılar bildiriblər ki, yaradılmış robot insanlara çətin anlarda kömək etmək üçün nəzərdə tutulub.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, "Atlas" adlanan robot fəlakət bölgələrində işləmək üçün yaradılıb. "Boston Dynamics" şirkətindən verilmiş məlumata əsasən, hazırda robot şirkətin laboratoriyasında nümayiş etdirilib.

Robot yüksək temperatura və təzyiqə, həmçinin əksər güclü kimyəvi preparatların təsirinə tab gətirə bilər.

Emil Hüseynov
 
 
 




13/07/13    Çap et