Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter” istifadəçi məlumatlarını fransız hakimiyyətinə təqdim edib
“Agence France-Presse” xəbər agentliyinin yaydığı məlumata əsasən, “Twitter” mikrobloqlar xidmətinin nümayəndələri antisemit tvitləri yazmış istifadəçilərin məlumatlarını Fransanın hüquq-mühafizə orqanlarına təqdim ediblər.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Twitter” izah edib ki, bununla onlar Fransa Yəhudi Tələbələr İttifaqının iddiası üzrə məhkəmənin çıxardığı tələbi yerinə yetiriblər və hazırda bu mübahisəyə son verilib. Bu halda şirkət nə qədər istifadəçinin məlumatını hakimiyyətə verdiyini dəqiqləşdirməyib.
Məhkəmə Tələbələr İttifaqının iddiasını təmin edib və “Twitter” 2013-cü ilin yanvarında antisemit məlumatlarını açıqlamağa məcbur olub.
Emil Hüseynov
15/07/13 Çap et