Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Saytlar yüksək səviyyədə yaradılmalı, təhlükəsizliyi təmin etmək üçün qabaqlayıcı təbirlər görülməlidir»
«Saytlar yüksək səviyyədə yaradılmalı, təhlükəsizliyi təmin etmək üçün qabaqlayıcı təbirlər görülməlidir».
Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
O deyib ki, domendən istifadəni kütləviləşdirmək üçün inzibatçılar bir sıra tədbirlər görməyi planlaşdırır. Onlardan biridə domenin qeydiyyatının online rejimdə həyata keçirilməsidir: «Məsələnin sadələşdirilməsi domendən istifadənin genişlənməsinə rəvac verəcək. Bu sahədə qiymətlər tədricən aşağı salınır. Gələcəkdə bütün növ domenlər üçün xidmət haqqının aşağı salınması məsələsinə baxıla bilər. Amma bunun üçün «az» domenli saytların sayı dəfələrlə çoxalmalıdır».
Xatırladaq ki, gələn ay «az» domeninin istifadəyə başlamasının 20 illiyi qeyd olunacaq.
15/07/13 Çap et