Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bioloqlar köklərin uzanma prosesini “3D” formatında təqdim ediblər
Böyük Britaniyanın Dandi Universitetinin alimləri bitkilərin kök sisteminin formalaşması prosesinin göstərildiyi videogörüntünü təqdim ediblər. Bu kadrları əldə etmək üçün tədqiqatçılar xüsusi şəffaf sahə və lazer optik sistem hazırlayıblar. Bu haqda "New Scientist" "Optics Express" jurnalında yerləşdirilmiş məqaləyə istinadən məlumat verir.
Dandi və Ceyms Hatton Universitetinin əməkdaşları birgə videoyazı əldə etməklə yanaşı, optik tomoqram da əldə ediblər. Tədqiqatçılar lazer sistemi vasitəsilə təcrübi nümunələri skan edərək, tərkibi əvvəlki sınaqlar zamanı müəyyənləşdirilmiş şəffaf mühitdə kök sisteminin üçölçülü modellərini alıblar.
Lazer vasitəsilə skan etmək zərərsiz olduğuna görə bitkilərin yerdəyişməsini tələb etmir və nisbətən az vaxt sərf olunur, onu dəfələrlə təkrarlamaq olur və videoçarxda göstərildiyi kimi, bunun hesabına tomoqramların uzunmüddətli ardıcıllığını almaq mümkündür. Müşahidələrin davam etmə müddəti 18 saata çatıb, lakin bu yaranmış zaman məhdudiyyəti metodikanın hansısa bir çatışmazlığı ilə bağlı deyil, uzanan köklərin onlara yönəldilmiş kameranın görmə dairəsindən çıxması ilə əlaqədar olub.
Metodikanın müəlliflərinə görə, üçölçülü optik tomoqrafiya köklərin artmasının öyrənilməsinin mövcud üsulları sahəsində böyük üstünlüklərə malikdir. Bitkinin qazılıb çıxarılmasından fərqli olaraq, o bitkini zədələmir, rentgen texnologiyaları ilə müqayisədə isə nəzərəçarpacaq dərəcədə ucuz başa gəlir.
Bu üstünlüklərdən əlavə alimlər ciddi çatışmazlıqların olduğunu da qeyd edirlər. Belə ki, torpağı əvəz etmək üçün hazırlanmış şəffaf gel bəzi təcrübələrin nəticələrini təhrif edə bilər.
Emil Hüseynov
15/07/13 Çap et