Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPhone” smartfonu ölümə səbəb olub
Çinin "Sinxua" agentliyinin yaydığı məlumata əsasən, Çində 23 yaşlı qız "iPhone" smartfonu ilə danışan zaman elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
"ICTnews.az" elektron xəbər xidməti "1news.az" saytına istinadən bildirir ki, bu bədbəxt hadisə barədə dünyasını dəyişmiş qızın böyük bacısı Çinin "Weibo" (Twitter-in analoqu) mikrobloqunda yazıb. Ma Ay Lun "iPhone" smartfonu ilə cavab verən zaman elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Bu an qurğu enerji toplayırdı.
"Mən ümid edirəm ki, "Apple" şirkəti bu barədə izah verəcək. Ümid edirəm ki, siz telefonunuz enerji topladıqda ondan istifadə etməyəcəksiniz" – qızın bacısı yazıb.
Bazar günü "Apple" şirkəti bildirib ki, baş vermiş hadisədən təəssüf hissi keçirir və qızın qohumlarına başsağlığı verir. Şirkət bu hadisəni dəqiq araşdırmaq niyyətindədir və istintaqla sıx əməkdaşlıq edəcək.
Emil Hüseynov
15/07/13 Çap et