Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səhiyyə Nazirliyinin rəhbər şəxsləri əhalinin suallarına “online” cavab verəcəklər



 
 
Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində “Onlayn konfrans” bölməsi yaradılıb. Yeni yaradılmış bölmə vasitəsilə nazirliyin və aidiyyəti qurumların rəhbər şəxsləri, aparıcı mütəxəssisləri əhalini maraqlandıran sualları cavablandıracaqlar.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, “Onlayn konfrans”ın ilk qonağı ET Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyevdir. Suallar 31 iyul 2013-cü il tarixinədək qəbul olunur.
 
 
Həqiqət İSABALAYEVA




15/07/13    Çap et