Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Samux TKQ-nin yeni inzibati binası tikiləcək
Samux TKQ üçün yeni inzibati bina tikiləcək. Samux Telekommunikasiya Qovşağının rəisi Ələsgər Əliyevin "İCTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Yeni tikiləcək inzibati binanın artıq eskizi hazırlanıb. Binada işçi personalının rahat işləməsi üçün otaqlar, NGN texnologiya əsasında qurulan ATS və digər köməkçi avadanlıqlar yerləşəcək.
Layihəyə əsasən inzibati bina ən müasir tələblərə cavab verən yeni texnologiyalarla təchiz olunmaqla müasir üslubda tikiləcək.
RƏVAN
15/07/13 Çap et