Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Virtual Səyahət” layihəsinə yekun vurulub



“İRƏLİ” Xarici Dillər Mərkəzinin təşkil etdiyi “Virtual Səyahət” layihəsi yekunlaşıb.
 “ICTnews” elektron xəbər xidmətinə “İRƏLİ” İctimai Birliyindən verilən məlumata görə, layihə çərçivəsində iştirakçılara İspaniya, İtaliya, Yunanıstan, Fransa, Almaniya, Hindistan, Yaponiya, İngiltərə, Braziliya və Amerika Birləşmiş Ştatları kimi ölkələrin dili, tarixi, mədəniyyəti  və xalqı haqqında ətraflı məlumat verilib, eyni zamanda təqdimatı keçirilən ölkəyə aid maraqlı faktlar araşdırılıb.

Təqdimatlar Ləman Nəsirli, Nərmin Əhlimanzadə, Eltən Rəsulova, Ləman Həsənzadə, Səriyyə Abuzərli, Pərviz Nuriyev, Qabil Əliyev və Rəna Ağayeva tərəfindən keçirilib.

Layihənin sonunda fəal iştirak edən şəxslərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclərə xarici ölkələr haqqında məlumat verib dünyagörüşünü artırmaq və virtual olaraq müəyyən ölkələrin tarixi abidələri və görməli yerləri ilə tanış etmək idi. 
 
CAHANGİR




15/07/13    Çap et