Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sidneydə informasiya təhlükəsizliyinə dair sərgi keçiriləcək



Təhlükəsizlik texnologiyaları üzrə ixtisaslaşdırılmış "Security Expo - Sydney 2013" sərgisi  iyulun 24-dən 26-dək Sidney şəhərində keçiriləcək. Sərgidə informasiya təhlükəsizliyi və şirkətlərin məxfiliyinin mühafizəsi sahəsində mövcud olan yeni texnologiyalar təqdim ediləcək.

Tədbir çərçivəsində bir sıra konfrans və seminarların  təşkil olunması planlaşdırılır. Konfrans və seminarlarda DoS-hücumlar, viruslarla mübarizə, informasiya itkisi, giriş kontrolu, informasiyanın ələ keçirilməsi, İT məhsulları və xidmətləri idarəetmə, İT sahəsində audit məsləhətləşməsi, İT resursların fiziki mühafizəsi və digər mövzular ətrafında müzakirələr aparılacaq. Sərgidə hər il sahənin  150-dən çox aparıcı təchizatçısı və 4500-dən artıq mütəxəssis iştirak edir.

Qeyd edək ki, bu il "Security Expo - Sydney 2013" sərgisi ilə paralel olaraq Avstraliyada  telemühəndislik sahəsində ən böyük texniki sərgi-konfrans olan "SMPTE Annual Technical Conference & Exhibition 2013" təşkil ediləcək.
 
 




15/07/13    Çap et