Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreya informasiya itkisinin qarşısını bu yolla alacaq



“Renxap” agentliyinin yaydığı məlumata əsasən, Cənubi Koreyanın Müdafiə Nazirliyi bu gündən qurumun qərargahında daxili fotokamera və internetə çıxış imkanına malik smartfon və başqa qurğulardan istifadəni qadağan edib.

Müdafiə Nazirliyinin mətbuat katibi Kim Min Sok bildirib ki, sözügedən tədbirlər nazirlikdən məxfi informasiya itkisinin qarşısını almaq məqsədi ilə qəbul edilib.

“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, Müdafiə Nazirliyində xidmət edənlər smartfonlarına təhlükəsizlik bölməsi tərəfindən hazırlanmış xüsusi tətbiqi quraşdırmalı olacaqlar. Bu tətbiq brauzer, kamera və diktofondan istifadəni bloklayacaq. Sözügedən tətbiqi quraşdırmamış ziyarətçi və əməkdaşlar öz mobil qurğularını binanın girişində qoyaraq içəri daxil  olacaqlar.

Emil Hüseynov
 
 

 




15/07/13    Çap et