Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Lenovo” şirkəti yeni smartfon hazırlayır
Çinin "Lenovo" şirkəti "NVIDIA Tegra 3" mobil platforması əsasında qurulan "A850" adlı yeni smartfon hazırlayır. Aparat 5,5 düym diaqonallı böyük "IPS" ekrana malik olacaq və onun qiyməti təxminən 250 dollar təşkil edəcək.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, ekranın aşağı təsvir ölçüsünə (960x540 piksel) malik olması "Lenovo A850" smartfonunun ucuzlaşmasına imkan yaradır. Aparat 1 QB əməli yaddaş və 1.3 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz ediləcək. Cihazın əsas kamerasının təsvir ölçüsü 5 meqapiksel olacaq.
"Lenovo A850" smartfonu "Android 4.2.2" mobil əməliyyat sistemi ilə işləyəcək. Smartfonun satışlarının başlanma tarixi hələlik dəqiq məlum deyil.
Emil Hüseynov
15/07/13 Çap et