Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropa Birliyi internet istifadəçilərinin fərdi məlumatlarının müdafiəsinə qalxıb
Angela Merkelin təklifinə əsasən, Avropanın internet provayderləri xüsusi xidmət orqanları tərəfindən abunəçilərinin məlumatlarının açılması faktı barədə onlara məlumat verməli olacaqlar.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, Almaniya kanslerinin sözügedən təşəbbüsü artıq Avropa Komissiyası tərəfindən dəstəklənib.
Ehtimal edilir ki, vahid ümumavropa qaydaları "Google" və "Facebook" kimi iri internet xidmətlərin istifadəçilərinin fərdi məlumatlarının təhlükəsizliyini daha yaxşı təmin edəcək. Bundan başqa, adıçəkilən Amerika şirkətləri yeni qaydaların tətbiq edildiyi halda yalnız ABŞ-da deyil, həm də Avropa Birliyi ərazisində öz fəaliyyətinə görə cavab verməli olacaq.
Emil Hüseynov
16/07/13 Çap et