Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC One Max” planşetofonu sentyabrda işıq üzü görəcək


“HTC” şirkəti “Full HD” (1080p) təsvir ölçülü 6 düymlük ekrana malik  planşetofon üzərində işləyir. “One Max” adlanacaq cihazın  satışlarına sentyabrda start veriləcək.

Qeyri-rəsmi informasiyaya görə, aparat 2,3 QHs takt tezlikli dördnüvəli “Snapdragon 800” çipi və 2 QB əməli yaddaşla təchiz ediləcək.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, güman ki, “One Max” smartfonu, həmçinin 64 QB tutumunda fləş-yığıcı və 3200 milliamper/saat tutumunda akkumulyatorla təchiz ediləcək.

Emil Hüseynov
 
 
 
 
 




16/07/13    Çap et