Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə İT xərclərinin həcmi nə qədər olacaq?



"Forrester Research" analitiklərinin hesabatına əsasən, informasiya texnologiyaları (İT) bazarının qlobal mənzərəsi əsasən ABŞ-dan asılı olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, onların proqnozuna görə, 2013-cü ildə qlobal İT xərclərinin həcmi 2,07 trilyon dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 2,3% çoxdur. Gələn il bu göstərici daha 5,4% artacaq. ABŞ-da texnologiya sahəsinə  xərclər müvafiq olaraq 5,9% və 6,9% artacaq. "Forrester" şirkətinin analitiki Endryu Bartels deyib ki, Çin, Latın Amerikası, Afrika və Yaxın Şərq regionlarında  10%-lik artım qeydə alınacaq.

Bu il ən böyük texnoloji sərmayə artımı (542 milyard dollar) proqram təminatı bazarında gözlənilir. Ötən illə müqayisədə bu sahədə İT xərclərinin həcmi 3,3% artacaq, bir il sonra isə artım 6,2% təşkil edəcək. Proqram təminatı seqmenti "bulud" texnologiyaları, böyük məlumatların (Big Data) emalı həlləri, analitik alət və mobil tətbiqlər sayəsində inkişaf edəcək.

2013-cü ildə kompüter avadanlığı ehtiyaclarına 404 milyard dollar xərclənəcək. Bundan başqa, fərdi kompüterlərin satın alınmasına 134,2 milyard dollar sərf olunacaq. "Windows 8" və "Haswell" prosessorları kimi yeni məhsulların bazara çıxarılmasına baxmayaraq, kompüter bazarının payı cəmisi 3% artacaq. Planşetlər "hardware" seqmentinin əsas hərəkətverici qüvvəsi olacaq.

Məlumat üçün bildirək ki, "Gartner" analitik agentliyinin versiyasına görə isə, 2013-cü ildə qlobal İT xərclərinin həcmi 3,7 trilyon dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 2% çoxdur.

Emil Hüseynov
 
 
 
 
 
 
 




16/07/13    Çap et